Azərbaycan.media xəbər verir ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti davam edir.
Qurumdan saytımıza bildirilib ki, binanın taxta arakəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirib. Buna baxmayaraq, yanğından mühafizə bölmələrinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində alov nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi təmin edilib. Hazırda yanğınla mübarizə əməliyyatı davam etdirilir.
Əlavə məlumatın veriləcəyi bildirilib.
Oxundu: 8
