Azərbaycan.media xəbər verir ki, Ermənistan və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin səfərləri qarşılıqlı xarakter daşıyır.
Bu barədə Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan açıqlama verib.
Onun sözlərinə görə, bu cür səfərlər regionda sülh mühitinin gücləndirilməsinə xidmət edir.
“Həm Ermənistanda, həm də Azərbaycanda erməni və Azərbaycan icmalarının müxtəlif nümayəndələrinin görüşləri müntəzəm olaraq keçiriləcək”, – deyə o bildirib.
Qeyd edək ki, fevralın 13-də Ermənistan-Azərbaycan sərhədinin Tavuş–Qazax hissəsində demarkasiyadan sonra ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana səfər edib.
Oxundu: 6
