Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 15 milyon 778,6 min manat məbləğində vəsait geri ödənilib.
Bu barədə Maliyyə Nazirliyi məlumat verib.
Geri qaytarılan vəsaitlər əsasən aşağıdakı sahələri əhatə edir:
-
Əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınması
-
Fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə ödənilmiş ƏDV
-
İşğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətləri üçün ödənilmiş ƏDV
Bundan əlavə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş ƏDV, artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
