🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda avtomobil svetofora çırpıldı – 28 Mayda qəza

Azərbaycan.media xəbər verir ki, gecə saatlarında paytaxtın Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya bildirilib ki, svetoforun qadağanedici işarəsinə məhəl qoymadan hərəkətini davam etdirən minik avtomobili idarəetməni itirərək svetofora çırpılıb. Hadisə nəticəsində bir ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Mərkəzdən qeyd olunub ki, zədələnmiş svetoforun yenilənməsi istiqamətində artıq müvafiq işlərə başlanılıb.

Həmçinin bildirilib ki, ötən il Bakı şəhərinin inzibati ərazisində küçə və prospektlərdə baş verən 55 yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız hala düşüb. Bu hallarla bağlı müvafiq tədbirlər görülüb.