🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çinli alpinist He Tzsin Himalayda iki yeni zirvəni fəth edərək rekord qırdı

Azərbaycan.media xəbər verir ki, Çinli alpinist He Tzsin Himalay dağlarında, Mustanq-Himal və Yuxarı Mustanq silsilələrində indiyə qədər insan ayağı dəyməmiş iki zirvəni fəth edib.

37 yaşlı qadın bunu “Seven Summit Treks” kompaniyasından olan nepallı həmkarları ilə birgə həyata keçirib. Hər iki zirvəyə qalxmaq üçün onlara cəmi 4 saata yaxın vaxt bəs edib.

Alpinistlər əvvəlcə 6062 metrlik Canlatunpu zirvəsinə qalxıblar, təxminən 3 saat sonra isə Kekyap Ri fəth olunub.

He Tzsin bu uğuru onu dünyada 6 min metrdən yüksək iki zirvəni ardıcıl fəth edən ilk qadın alpinist edib. Bundan əlavə, o, Himalay dağlarında 8 min metrdən yüksək 14 zirvəyə oksigen balonu olmadan qalxan yeganə qadındır.