🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürdü

Azərbaycan.media xəbər verir ki, İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı gün ərzində beş dəfə püskürərək kül sütununu zirvədən təxminən 1 kilometr hündürlüyə qaldırıb.

Ən güclü püskürmə səhər saat 05:36-da qeydə alınıb, sonuncu isə 08:06-da baş verib və seysmik aktivlik müşahidə olunub.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) əhaliyə partlayış mərkəzindən 13 kilometr, Besuk Kobokan çayının yaxınlığında isə çay yatağından 500 metr aralıda qalmağı tövsiyə edib.

Qeyd edək ki, 3 min 676 metr hündürlüyündə olan Semeru Yava adasının ən yüksək və İndoneziyanın ən aktiv vulkanlarından biridir.