🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nizami Gəncəvinin abidəsində 40 illik səhv: Misralarda düzəlişə ehtiyac var

Azərbaycan.media xəbər verir ki, hər bir Azərbaycanlı kimi milli dəyərlərinə, tarixinə, ədəbiyyat və incəsənətinə, eləcə də doğma dilinə hörmət edən şəxslər diqqətli olmalıdır ki, qüsur axtaranların diqqətini çəkməsin.
Tərtər rayonundakı Əsəd Məmmədov adına 1 saylı orta ümumtəhsil məktəbinin həyətinə qoyulmuş dahi klassik Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi, səhv etmirəmsə, 1980-ci illərə aiddir. Bu işdə rəhmətlik Mikayıl müəllim və rəhbəri olduğu sinfin oğlanlarının zəhməti olmuşdur.
Ötən ilin may ayında, məzun günü məktəbdə keçirilən görüş zamanı abidənin üzərindəki bir məqam diqqətimi çəkdi. Abidədə dünya klassikləri arasında öz yeri olan Nizami Gəncəvinin “Az danışmağın gözəlliyi” şeirindən iki misra yer almışdır. Lakin həmin misralarda səhvlər mövcuddur və bu 40 ildən çoxdur ki, düzəldilməmişdir.

Abidədəki variant:

Bir inci saflığı varsada suda,
Artıq içiləndə dərd verir su da.

Düzgün variant:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Mehriban Həsənova bildirir ki, bu səhvlərin 40 ildən çox müddət ərzində görməməzlikdən gəlinməsi biganəlik, məsuliyyətsizlik, yoxsa sadəcə diqqətsizlikdənmi qaynaqlanır – sual doğur. Məktəbdə savadlı müəllimlərin olduğunu nəzərə alaraq, bu, savadsızlıqla izah edilə bilməz.

 

Müəllif: Mehriban Həsənova

Mənbə: Azərbaycan.media