Azərbaycan.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində əks olunub.
Sənədə əsasən, tərəflər:
-
müdafiə məhsullarının tədarükü daxil olmaqla, müdafiə və hərbi-texniki əməkdaşlığın miqyasını genişləndirmək;
-
terrorla mübarizədə mövcud əməkdaşlığı daha da inkişaf etdirmək;
-
kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması sahəsində birgə fəaliyyət göstərmək niyyətindədirlər.
Xartiyada vurğulanır ki, Cənubi Qafqazda sülh həm Bakı, həm də Vaşinqtonun maraqlarına uyğundur və Azərbaycan-ABŞ təhlükəsizlik əməkdaşlığı hər iki ölkə və region üçün faydalıdır.
Sənəddə həmçinin Azərbaycanın sülhməramlı əməliyyatlardakı iştirakı yüksək qiymətləndirilir:
“Amerika Birləşmiş Ştatları Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfəni yüksək qiymətləndirir. Bu səylər çərçivəsində Azərbaycan hərbçiləri beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə amerikalı hərbçilər və koalisiya üzrə tərəfdaşlarla çiyin-çiyinə xidmət ediblər”, – deyə sənəddə qeyd olunur.
