Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə birgə mətbuat konfransında bəyanat verib.
Dövlət başçısı qeyd edib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ürəkdən aparılmış işin nəticəsidir və bu bəyanata Prezident Tramp şahid kimi imza atıb.
“Biz Prezident Trampa və Vitse-prezidentə Cənubi Qafqazda sülhə töhfə verdiklərinə görə təşəkkür edirik. Növbəti altı ay ərzində sülh şəraitində yaşayırıq. Buna görə ABŞ hökumətinə təşəkkürümüzü bildiririk”, – İlham Əliyev vurğulayıb.
Oxundu: 3
