🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Göy üzünü bəzəyən sözlər

Tərəziyə

Hələ bir fikrini tərəzidə çək,
həsrəti, xiffəti vur tərəziyə…
Kini, küdurəti, qərəzi də çək,
gəlirmi heç abır, ar tərəziyə…

Yuva ki deyildir qurduğun xəyal,
qan ilə sovuşur hər cəngi-cidal…
Haqsızlıq üzünə kim oxudur val,
kimdi hiylə edən, gör, tərəziyə…

İşində çox ləngsən, sözündə yeyin,
varsa da söyləmə dərdin, gileyin…
Pərsəngi qoy olsun əl təmizliyin;
bir vicdanına bax, bir tərəziyə…

 

Mənbə: Azərbaycan.media