🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: ABŞ-ın Qrenlandiyaya ehtiyacı təbii sərvətlər üçün deyil, milli təhlükəsizlik üçündür

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya marağının təbii sərvətlərlə deyil, milli təhlükəsizlik məsələləri ilə bağlı olduğunu bildirib.

O, bu barədə Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində jurnalistlərlə söhbəti zamanı danışıb.

Tramp vurğulayıb ki, ABŞ-ın mineral ehtiyatlara görə Qrenlandiyaya ehtiyacı yoxdur: “Bizə Qrenlandiya milli təhlükəsizlik üçün lazımdır. Minerallar üçün yox. Bizim çoxlu mineral yataqlarımız və neftimiz var. Dünyanın istənilən digər ölkəsindən daha çox neftimiz mövcuddur”.

ABŞ prezidenti qeyd edib ki, Qrenlandiyanın coğrafi mövqeyi təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır: “Qrenlandiyaya baxsanız, sahil boyu hər yerdə Rusiya və Çin gəmilərini görürsünüz. Ora bizə milli təhlükəsizlik üçün lazımdır. Biz Qrenlandiyaya sahib olmalıyıq”, – deyə Tramp bildirib.