🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dövlət büdcəsinin icrasında müsbət dinamika: gəlirlər proqnozu üstələyib

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Maliyyə Nazirliyinin APA-Economics-ə verdiyi məlumata görə, hesabat dövründə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və büdcə gəlirlərinin yerinə yetirilməsində yüksək nəticələr əldə olunub.
Bildirilib ki, cari ilin ilk üç ayında dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu göstərici proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib.
Eyni dövrdə dövlət büdcəsinin xərcləri 8 milyard 12,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat səviyyəsində icra olunub ki, bu da 97,6 faiz təşkil edir.
Həmçinin qeyd olunub ki, 2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində həyata keçirilib.