Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump New York Post qəzetinə müsahibəsində Hörmüz boğazı ilə bağlı açıqlama verib.
O bildirib ki, boğazın yaxın zamanda açılacağını düşünür və İran artıq məğlub vəziyyətdədir.
“Düşünürəm ki, boğaz açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın. Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Donald Tramp qeyd edib.
