🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mətanət Əsədova səhhətində yaranan ciddi problemdən danışdı: “Səsimi batırdı”

Azərbaycan.media xəbər verir ki, tanınmış müğənni Mətanət Əsədova səhhətində yaranan problemdən söz açıb.

İfaçı bu barədə Qonaqcanlı verilişində danışıb. O bildirib ki, uzun illərdir həddindən artıq həssas və fikirli olması səhhətinə mənfi təsir göstərib.

“Uşaqlıqdan fikir edən olmuşam. Başıma gəlməyən müsibət qalmadı. Ürəyimlə ciyərimin ortasında böyük bir şiş yarandı, səsimi batırdı. Həkim dedi ki, ‘belə şey görməmişdik’”, – deyə sənətçi qeyd edib.

M. Əsədova əlavə edib ki, həddindən artıq emosional olması onun psixoloji vəziyyətinə də təsir göstərir: “Çox fikir edirəm, çox həssasam. Deyirəm, qəfil nəsə xəbər olanda mənə deməyin, çünki tək yaşayıram, tək insanam”.

Qeyd edək ki, sənətçi açıqlaması ilə izləyiciləri arasında narahatlıq yaradıb.