Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə birgə mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, “Tramp marşrutu” Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, təhlükəsiz və etibarlı böyük daşımalar dəhlizinə çevriləcək:
“Bu marşrut Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşu ölkələr də burada iştirak edəcəklər. Bu, ümumiyyətlə, regionda sülhü gücləndirəcək”, – İlham Əliyev vurğulayıb.
Oxundu: 3
