Azərbaycan.media xəbər verir ki, növbəti köç karvanı Ağdam şəhərinə çatıb. 525.az-ın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə şəhərə 120 ailə – ümumilikdə 419 nəfər köçürülüb.
İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Ağdama köç edən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslər olub.
Doğma yurda qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.




