Zelenski: Trampdan Qərb liderlərinin bəziləri kimi qorxmuram
Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, o, ABŞ Prezidenti Donald Trampdan Qərb liderlərinin bəziləri kimi çəkinmir.
Dövlət başçısı bu barədə The Guardian qəzetinə müsahibəsində danışıb. Zelenski, həmçinin Vaşinqtonda Trampla son görüşünün “gərgin keçdiyi” barədə yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, ABŞ prezidenti ilə münasibətləri normaldır və iki lider arasında konstruktiv dialoq davam edir.
