🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Məşhur kriptovalyuta biznesmeni Aleksey Dolqix Moskvada qəza nəticəsində həlak olub

Azərbaycan.media xəbər verir ki, tanınmış kriptovalyuta sahibkarı Aleksey Dolqix Moskvada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Publika.az-ın “Baza” Telegram kanalına istinadla yaydığı məlumata görə, qəza “Lamborghini Urus” markalı avtomobilin iştirakı ilə baş verib. Hadisə zamanı Dolqix avtomobili idarə edib və aldığı xəsarətlərdən yerindəcə ölüb.

Jurnalistlərin hadisə yerindən verdiyi məlumata əsasən, avtomobildə dörd nəfər olub. Onlardan biri – İvan Solovyov adlı sərnişin də qəza nəticəsində həyatını itirib.