🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Voronejdə enerji infrastrukturu PUA hücumuna məruz qalıb

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Voronej vilayətində enerji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Vilayətin qubernatoru Aleksandr Qusev bildirib ki, “Voronej İES-1” istilik elektrik stansiyasına endirilən zərbələr nəticəsində şəhərin bəzi hissələri işıqsız qalıb.

Qeyd olunur ki, “Voronej İES-1” şəhərin yaşayış binaları və iri müəssisələri üçün ən böyük istilik enerjisi təminatçısıdır.