Azərbaycan.media xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd olunur:
“9 Noyabr – Dövlət Bayrağı Günü.
Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!”
