Azərbaycan.media xəbər verir ki, dünən Vətən Müharibəsindəki qələbəmizin beşinci ildönümü ilə bağlı keçirilən hərbi paradda Mümtaz Xəlilzadənin aparıcılığı ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkələrdə Nanə Ağamalıyeva ilə Mümtaz Xəlilzadənin birgə fotosu paylaşılaraq, onların tədbiri birgə apardıqları iddia edilib.
Daha çox şou verilişləri ilə tanınan Nanənin belə bir hərbi tədbirdə aparıcılıq etməsi sosial şəbəkələrdə tənqid mövzusuna çevrilib.
Mövzunu dəqiqləşdirən “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nanə Ağamalıyeva hərbi paradın aparıcısı olmayıb və ona bu barədə heç bir təklif edilməyib. Zəfər Günü münasibətilə keçirilən hərbi parad yalnız Mümtaz Xəlilzadə tərəfindən aparılıb.
Nanə Ağamalıyeva paylaşdığı foto isə paraddan sonra Müdafiə Nazirliyinin təşkil etdiyi ziyafətdə çəkilib və həmin tədbirdə o, Mümtaz Xəlilzadə ilə birgə aparıcılıq edib.
Sosial şəbəkə istifadəçiləri məsələni tam dəqiqləşdirmədən Nanəni tənqid ediblər. Aparıcı isə iki gündür davam edən müzakirələrə heç bir rəsmi münasibət bildirməyib və paylaşımının şərhlərini bağlayıb.
Azərbaycan.media
