🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İmişlidə 42 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib

 

Azərbaycan.media  APA-ya istinadla  xəbər verir ki,   İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova 9 aylıq hamiləliyi zamanı sancılarla İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində vəziyyəti pisləşən 42 yaşlı qadın uşağı dünyaya gətirmədən həyatını itirib. Faktla bağlı araşdırma davam etdirilir.