Azərbaycan.media xəbər verir ki, müğənni Elnarə Xəlilova “Qonaqcanlı” verilişində kosmetoloji prosedurlar və gözəllik qaydalarından danışıb. O qeyd edib ki, əməliyyat etməyi düşünmür, lakin üzünə aparatlarla qulluq etdirir:
“Hələ əməliyyat düşünmürəm. Kosmetoloji prosedurlara gedirəm. Aparatlarla üzümə qulluq edilir. Botoksuz olmaz, üzüm düşər. Amma əndazədən çıxmadan. Qırış yarananda onların qarşısını almağa çalışıram”, — deyə sənətçi bildirib.
Elnarə həmçinin həyat yoldaşı Rövşən Cahangirovun fikirlərinə hörmət etdiyini vurğulayıb:
“Özüm də sevmirəm, amma həyat yoldaşım da bəyənmir. Süniliyi sevmir. Amma heç qadağa qoymur. Çalışıram onun sevmədiyi nəyisə etməyim. Tək kosmetoloji prosedurda yox, hər şeydə. Hər ailənin öz qaydası, ailə başçısı var. Son söz onundur. Qadın da öz yerini bilməlidir. Yoxsa 20 illik birlikdəlik olmazdı”.
Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün 4 övladı var.
