Azərbaycan.media xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlayıb.
O bildirib ki, “Biz şatdaunun iqtisadiyyata təsirini ilk gündən görməyə başladıq və vəziyyət pisləşməkdə davam edir. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında son iki rübdə iqtisadiyyatımız fantastik nəticələr göstərmişdi. Lakin bəzi hesablamalar göstərir ki, şatdaun davam edərsə, cari rübdə iqtisadi artım təxminən iki dəfə azala bilər”.
