“Xarıbülbülün təntənəsi” bədii qiraət müsabiqəsinin qalibləri açıqlanıb
Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 3–4 noyabr 2025-ci il tarixlərində 44 günlük Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Xarıbülbülün təntənəsi” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Tədbir Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində baş tutub. Müsabiqəni Xadimlər İttifaqının sədri, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılov açaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükut və Dövlət himni ilə yad edib. O, çıxışında əvvəlki illərin müsabiqələri haqqında məlumat verərək 44 günlük Vətən müharibəsində xalq, ordu və rəhbərliyin birliyindən, bu qələbənin dünya ictimaiyyətində yaratdığı böyük təəssüratdan danışıb.
Müsabiqədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Teatrları, Füzuli, Ağdam, Qusar, Qazax, Lənkəran, Salyan, Şəki və Qax teatrları, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak ediblər.
Münsiflər heyətinə Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, aktyor-pedaqoq Məhəmməd Verdizadə və mədəniyyətşünas Aidə Qafarova daxil olub.
Qiymətləndirmə nəticəsində aşağıdakı iştirakçılar diplom və pul mükafatı ilə təltif ediliblər:
Kənan Hüseynov (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı)
Mirzəağa Axundzadə və Fidan Ağaverdiyeva (Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı)
Xalidə Şərifova və Nəsibə Canəliyeva (Milli Gənc Tamaşaçılar Teatrı)
Günel Həmidova (Bakı Bələdiyyə Teatrı)
Rəhimə Məmmədova (Şuşa Dövlət Musiqili Dram Teatrı)
Tamilla Həsənova (ADMİU)
Nəsimi Məmmədzadə (Naxçıvan Dövlət Milli Dram Teatrı)
Əfqanə Ələsgərova (Naxçıvan Dövlət Kukla Teatrı)
İntizar Quliyeva (Füzuli Dövlət Dram Teatrı)
Rauf Ağakişiyev və Əjdər Zeynalov (Sumqayıt Dövlət Dram Teatrı)
Mirxədicə Mirzəyeva və Nurlan Məlikov (Salyan Dövlət Kukla Teatrı)
Ramil Hüseynzadə (Ağdam Dövlət Dram Teatrı)
Məlahət Vəliyeva (Qazax Dövlət Dram Teatrı)
Ramella Rzayeva (Qusar Dövlət Ləzgi Dram Teatrı)
Leri Sioşvili (Qax Dövlət Gürcü Dram Teatrı)
Allahverən Babayev (Lənkəran Dövlət Dram Teatrı)
Elvin Nüsrətoğlu və Sələmə Məhərrəmova (Şəki Mədəniyyət Mərkəzi)
Şəlalə Camal (Azərbaycan Ordusu qəzeti)
4 noyabr tarixində qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal və Məhəmməd Verdizadə iştirakçıları təbrik edərək müsabiqənin milli ruhun və vətənpərvərliyin təbliğində mühüm rol oynadığını vurğulayıblar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Məqalədə qeyd olunduğu kimi, bu müsabiqələr Vətən müharibəsi tariximizin unudulmaması, qələbənin mədəni yaddaşımızda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan.media
