🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xalq artisti Səyavuş Aslanın 90 illik yubileyi qeyd olunub

 

Azərbaycan.media xəbər verir ki, 06 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli sənətkar, Xalq artisti Siyavuş Aslanın 90 illik yubileyi qeyd olunub.
Yubiley tədbirində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli, Xalq artisti, professor Bəsti Cəfərova görkəmli sənətkarın zəngin yaradıcılıq yolundan, Azərbaycan teatrına bəxş etdiyi dəyərli sənət incilərindən danışıb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Çıxışlardan sonra Siyavuş Aslanın vaxtilə Sarı rolunda çıxış etdiyi “Varlı qadın” (Əli Əmirli) tamaşası göstərilib.

 

 

Mənbə: Azərbaycan.media