Azərbaycan.media xəbər verir ki, noyabrın 10-da ölkə ərazisində hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman və az çiskin müşahidə ediləcək. Şimal-qərb küləyi səhər saatlarında cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-13°, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcəyi, şərq küləyinin əsəcəyi bildirilir.
Havanın temperaturu rayonlarda gecə 8-13°, gündüz 18-23° isti, dağlıq ərazilərdə isə gecə 1-4°, gündüz 10-15° isti olacaq.
