Azərbaycan.media xəbər verir ki, ərəb ölkələri ABŞ-ın yalnız İsrailin nəzarətində olan ərazilərdə bərpa işləri aparmaqla bağlı təklifini qəbul etməyib.
“Faynənşl Tayms” qəzetinin yazdığına görə, bu barədə nəşrə ərəb diplomatlar məlumat verib.
Diplomatların bildirdiyinə əsasən, ABŞ Qəzzanın bərpasına vəsait ayırmaqdan imtina edərək diqqəti İsrailin nəzarətindəki ərazilərə humanitar yardım göstərilməsinə yönəltməyi planlaşdırır.
Xatırladaq ki, ABŞ rəsmisi Cared Kuşner daha əvvəl bəyan etmişdi ki, Qəzzanın bərpası üçün ayrılacaq vəsaitlər HƏMAS-ın nəzarətində olan bölgələrə göndərilməyəcək.
