🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dirijor Rauf Abdullayevin səhhəti ilə bağlı açıqlama verilib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Rauf Abdullayevin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.

Dirijorun həyat yoldaşı Munisa Abdullayeva Teleqraf-a açıqlamasında bildirib ki, Rauf Abdullayevin vəziyyəti stabildir və müalicəsi Bakı Sağlamlıq Mərkəzində davam edir:

“Həyat yoldaşımın səhhəti yaxşıdır. Bakı Sağlamlıq Mərkəzində müalicəsi davam edir. Həkimlərə təşəkkür edirəm.”

Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud-çanaq nahiyəsində ağrılar səbəbindən klinikaya yerləşdirilib.