Azərbaycan.media xəbər verir ki, Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən etibarən ziyarətçilərin istifadəsinə verilib.
APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, 9-11 noyabr tarixlərində muzey ziyarətçilər üçün ödənişsiz olacaq. Muzeydə Şanlı Zəfər tarixinin əbədiləşdirilməsi məqsədilə hər kəsin rahat ziyarətini təmin etmək üçün girişdə növbə sistemi tətbiq olunacaq.
Noyabrın 12-dən muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla hər gün saat 11:00-dan 18:00-dək açıq olacaq.
Bilet qiymətləri belədir:
-
Azərbaycan vətəndaşları: məktəb yaşlı uşaqlar – ödənişsiz, tələbələr – 1 AZN, böyüklər – 5 AZN
-
Xarici ölkə vətəndaşları: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN
Həmçinin, şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan şəxslər muzeyi ödənişsiz ziyarət edə biləcəklər.
