🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: “Rumıniyadan bəzi qoşunlar çıxarılsa da, Avropadakı ABŞ qüvvələrinin ümumi sayı dəyişməz qalır”

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı Rumıniyadan bəzi Amerika qoşunlarının çıxarılmasına baxmayaraq, Avropada yerləşən ABŞ qüvvələrinin ümumi sayında dəyişiklik olmadığını bildirib.

“Biz bəzi dəyişikliklər edirik, qoşunları köçürürük. Lakin bu, ümumi say baxımından fərq yaratmır. Sadəcə, şəxsi heyəti başqa bölgələrə yönəldirik”, – Tramp qeyd edib.

ABŞ Prezidenti həmçinin bu qərarın Pentaqonun müstəqil şəkildə verdiyi addım olmadığını vurğulayıb: “Xeyr, onlar mənim dediklərimi qulaqardına vurmurlar”, – deyə o əlavə edi