Azərbaycan.media xəbər verir ki, Pakistan və Əfqanıstan nümayəndə heyətləri sərhəddəki gərginliyi aradan qaldırmaq məqsədilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə ediblər.
“Dawn” qəzetinin məlumatına görə, tərəflər terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində razılığa gəlməyə çox yaxındırlar.
Qeyd olunur ki, iki ölkə nümayəndələri hazırda danışıqları İstanbulda davam etdirir.
