Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Kentukki ştatında baş verən yük təyyarəsi qəzasında ölənlərin sayı 14-ə çatıb.
Luisvill şəhərinin meri Kreyq Qrinberq öz “X” hesabında bildirib: “Məlum qurbanların ümumi sayı 14-ə çatıb”.
Qeyd olunur ki, UPS kargo şirkətinə məxsus yük təyyarəsi çərşənbə günü Luisvill hava limanından qalxdıqdan sonra qəzaya uğramışdı.
