Azərbaycan.media xəbər verir ki, İsrail ordusuna aid qüvvələr Qəzza zolağında girov götürülmüş şəxsin qalıqlarının olduğu daha bir tabutu təhvil alıblar. Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, tabutun təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Netanyahunun ofisinin açıqlamasına görə, İsrail hərbçiləri yaxın zamanda tabutu ölkə ərazisinə gətirəcək və qalıqların kimliyinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılacaq.
