🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Co Bayden: “Tramp ölkəni rüsvay edir”

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Co Bayden hazırkı prezident Donald Trampı ölkəni rüsvay etməkdə ittiham edib.

APA-nın məlumatına görə, Bayden bu açıqlamanı 7 noyabrda Nebraska ştatında keçirilən Demokratlar Partiyasının tədbirində verib.

“Cənab Prezident, başa düşməyinizi istəyirəm ki, biz sizin üçün yox, siz bizim üçün işləyirsiniz. Siz təkcə milyarderlər və milyonçular üçün deyil, bizim üçün işləyirsiniz. Mən qəzəbliyəm. Demokratiya belədir və demokratiyada kral yoxdur. Onun hərəkətləri bir ölkə olaraq bizim üçün rüsvayçılıqdır”, – Bayden vurğulayıb.