🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Ceyms Bond” filminin rejissoru Li Tamahori 75 yaşında vəfat edib

 

Azərbaycan.media xəbər verir ki, “Ceyms Bond” silsiləsindən olan “Die Another Day” (“Başqa gün öl”) filminin rejissoru Li Tamahori 75 yaşında dünyasını dəyişib.

Bu barədə “Radio New Zealand” rejissorun ailəsinin açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, Tamahori evində, yaxınlarının əhatəsində vəfat edib.

Yeni zelandiyalı rejissorun ümumilikdə 16 filmi var. Onun 2002-ci ildə ekranlaşdırdığı “Die Another Day” filmi 400 milyon dollardan çox gəlir əldə edərək “agent 007” silsiləsinin ən uğurlu layihələrindən birinə çevrilmişdi.