Bakıda ilk dəfə İnsansız Sistem Qoşunlarının paradı keçirilib
Azərbaycan.media xəbər verir ki, ilk dəfə olaraq ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının heyəti noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda iştirak edib.
Paradın heyətinə “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov rəhbərlik edib.
Hərbi paradın keçirildiyi Azadlıq meydanı bu dəfə həm ənənəvi, həm də innovativ hərbi texnologiyaların nümayişi ilə diqqət çəkib.
