🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda Zəfər və Bayraq Günləri münasibətilə dörd günlük tətil başladı

Azərbaycanda Zəfər və Bayraq Günləri münasibətilə dörd günlük tətil başladı

Azərbaycan.media xəbər verir ki, bu gündən ölkədə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar dörd günlük tətil başlayıb.

Bu il 8 noyabr — Zəfər Günü şənbə, 9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftəsonu istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdükdə, istirahət günü növbəti iş gününə keçirilir.

Beləliklə, 8, 9, 10 və 11 noyabr tarixləri qeyri-iş günləri olacaq.