Azərbaycan.media xəbər verir ki, ABŞ-ın müharibə naziri Pit Heqset Pentaqon bürokratiyasını ABŞ üçün Çindən də ciddi təhlükə adlandırıb.
Heqset deyib: “Bu düşmən dünyanın mərkəzi planlaşdırmasının son istehkamlarından biridir. Beşillik planlaşdırma diktaturası ilə idarə olunur. Keçmiş Sovet İttifaqı kimi səslənə bilər, amma o düşmən çoxdan yoxa çıxıb. Haqqında danışdığım düşmən isə evə daha yaxındır — bu, Pentaqondakı bürokratiyadır”.
Nazir bildirib ki, bu sistem yeni ideyaları məhv edir, azad düşüncəni boğur və nəticədə milli təhlükəsizliyə, eləcə də hərbçilərin həyatına ciddi təhlükə yaradır.
