🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp administrasiyasının nümayəndəsi: “Ukrayna müharibədən sonra da Rusiya üçün çəkindirici qüvvə olaraq qalmalıdır”

Tramp administrasiyasının nümayəndəsi: “Ukrayna müharibədən sonra da Rusiya üçün çəkindirici qüvvə olaraq qalmalıdır”

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavininin köməkçisi vəzifəsinə namizəd göstərilən Aleksandr Veles-Qrin Ukraynanın gələcək rolu barədə açıqlama verib.

O bildirib ki, Ukraynanın özünü müdafiə edə bilməsi və müharibə başa çatdıqdan sonra da Rusiya üçün etibarlı çəkindirici qüvvə kimi qalması son dərəcə vacibdir.

“Ukraynanın kifayət qədər silahlanması və münaqişə bitdikdən sonra belə Rusiyanın aqressiyasının qarşısını ala biləcək vəziyyətdə olması ABŞ üçün strateji əhəmiyyət daşıyır”, – Veles-Qrin vurğulayıb.