🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

prof. Rəsmiyyə Abdullayeva  sciencehub.az platformasının bir qrup əməkdaşı ilə görüşüb

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., prof. Rəsmiyyə Abdullayeva  sciencehub.az platformasının bir qrup əməkdaşı ilə görüşüb.

Görüşdə sciencehub.az-ın yaradıcısı Hüseyn Zeynallı bu platformanın əsas məqsədləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, tədqiqatçılar, o cümlədən İqtisadiyyat İnstitutunun elmi əməkdaşları sciencehub.az platformasında öz elmi əsərlərini yerləşdirə bilərlər. Bu, onların elmi əsərlərinə istinad sayının artmasına gətirib çıxaracaq.

Sonra iqtisadçı alimlərlə sciencehub.az platformasının qarşlıqlı əməkdaşlıq imkanları müzakirə olunub.