Azərbaycan.media xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi Bundesverin (Almaniya Silahlı Qüvvələri) dronlara qarşı mübarizədə Belçikaya dəstək verməyə hazır olduğunu açıqlayıb.
DPA agentliyinin məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələrinin ilk bölmələri vəziyyəti qiymətləndirmək və dron aşkarlama ilə müdafiə qabiliyyətlərinin müvəqqəti yerləşdirilməsini Belçika Silahlı Qüvvələri ilə əlaqələndirmək məqsədilə artıq Belçikaya göndərilib.
Nazirlik bildirib ki, əsas qüvvələr yaxın vaxtlarda bölgəyə yola salınacaq.
Məlumata görə, Belçika dron təhlükəsinə qarşı mübarizədə Almaniyadan dəstək tələb edib.
Oxundu: 2
