🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski: Ukraynanın qaz alışı üçün 750 milyon dollar çatmır

Azərbaycan.media xəbər verir ki, Ukraynanın qaz alışı ilə bağlı məsələni həll etməsi üçün 750 milyon dollar vəsait çatmır. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

“Hazırda müzakirə etdiyimiz 2 milyard dollardan təxminən 750 milyon dollarımız çatmır. Qaz məsələsi ilə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirdi ki, bizə əlavə olaraq 127 milyon avro dəstək göstəriləcək”, – deyə Zelenski qeyd edib.