🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sahil Babayev: 2026-cı ildə vergi güzəştləri Naxçıvanın inkişafına təkan verəcək

Azərbaycan.media xəbər verir ki, Maliyyə naziri Sahil Babayev gələn il tətbiq olunacaq vergi güzəştləri barədə danışıb.

O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı bildirib ki, işğaldan azad edilmiş ərazilərə tətbiq olunan vergi güzəştləri Naxçıvana da şamil ediləcək və bu, Muxtar Respublikanın inkişafında mühüm rol oynayacaq.

Sahil Babayev əlavə edib ki, media subyektlərinə vergi güzəştlərinin müddəti daha 3 il uzadılacaq, sadələşdirilmiş vergi limitləri artırılacaq. Həmçinin fiziki şəxslərin yaşayış sahələrini kirayəyə verməsindən (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) əldə olunan gəlirlərdən ödəmə mənbəyində vergi 14 faiz əvəzinə 10 faiz dərəcə ilə tutulacaq. Nazir vurğulayıb ki, eyni zamanda ümumi fiskal yük 37 faizə tənzimlənib.