Azərbaycan.media xəbər verir ki, Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində hücum təzyiqini davam etdirir. Düşmən zirehli və yüngül zirehli texnikadan aktiv şəkildə istifadə edir.
Bu barədə Ukraynanın “Azadlıq Gücü” 4-cü batalyonunun komandir müavini, mayor Vladimir Nazarenko məlumat verib.
Onun sözlərinə görə, Pokrovskda vəziyyət son dərəcə gərgindir:
“Əslində, Rusiya tərəfinin uğurları deyil, itkiləri artır. Təəssüf ki, düşmən bu itkilərlə barışır — həm canlı qüvvə, həm texnika, həm də sursat və artilleriya vasitələrində,” – deyə Nazarenko bildirib.
O əlavə edib ki, Rusiya qüvvələri əsasən kiçik qruplarla fəaliyyət göstərir:
“Bu qruplar çox vaxt vaxtında aşkarlanır və Ukrayna qüvvələri tərəfindən məhv edilir.”
