Azərbaycan.media xəbər verir ki, İtaliyanın paytaxtı Romada yerləşən orta əsrlərə aid “Torre dei Conti” qülləsinin bir hissəsinin uçması nəticəsində dağıntılar altında qalan fəhlə sağ vəziyyətdə xilas edilib.
Məlumata görə, 66 yaşlı rumıniyalı işçi 10 saatdan çox davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Hadisə Romadakı İmperator Forumunda aparılan bərpa-təmir işləri zamanı baş verib. Qüllənin bir hissəsinin uçması nəticəsində 4 nəfər xəsarət alıb. Daha sonra axtarış işləri zamanı tikilinin digər hissəsi də çöküb.
Xilasedicilər bildiriblər ki, qüllənin tamamilə çökmə riski hələ də qalmaqdadır. Faktla bağlı İtaliya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb.
