🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hesablama Palatası: 2026-cı il büdcəsində 150 milyon manatdan çox uyğunsuzluq aşkarlanıb

Azərbaycan.media xəbər verir ki, Hesablama Palatası tərəfindən Milli Məclisə təqdim olunan 2026-cı il dövlət büdcəsi layihəsinə dair rəy hazırlanıb.

Rəyin hazırlanması zamanı müvafiq dövlət qurumları ilə aparılan müzakirələr nəticəsində büdcə zərfində bir sıra düzəlişlər edilib. Bununla yanaşı, layihənin bəzi maddələrinin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlinib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, layihənin 7-ci maddəsində göstərilən dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhlili nəticəsində uçotda bir sıra uyğunsuzluqlar aşkar edilib.

“Hesablamalarımıza əsasən, bu uyğunsuzluqların ümumi məbləği 150 milyon manatdan çoxdur. Düşünürük ki, bu məsələlərin bir qismi büdcə təsdiq olunana qədər nəzərə alınacaq”, – deyə Vüqar Gülməmmədov vurğulayıb.