Azərbaycan.media xəbər verir ki, hazırda yüksək olan Günəş alovlarının aktivliyi yaxın vaxtlarda daha da artacaq.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, son 24 saat ərzində geomaqnit şərait qismən pozulub və məşəl aktivliyi yüksək səviyyədə müşahidə olunub.
“24 saatlıq proqnoza əsasən, geomaqnit şərait pozulub. Məşəl aktivliyi yüksəkdir və yaxın zamanda daha da artması gözlənilir”, – deyə laboratoriyanın “Telegram” kanalında yayılan açıqlamada bildirilib.
