Azərbaycan.media xəbər verir ki, Daşkəsən şəhərində yerləşən kitabxanada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, şəhərdə ümumi sahəsi 580 m² olan, hər mərtəbəsi 290 m² olan ikimərtəbəli kitabxananın 2-ci mərtəbəsində bir otağın tavanı 24 m² sahədə qismən yanıb.
Kitabxananın digər hissəsi yanğından mühafizə olunub və alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
