🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Brent” və “WTI” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan.media xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2025-ci ilin yanvar ayı üzrə ixrac qiyməti 0,31% azalaraq bir barelə görə 64,69 ABŞ dolları təşkil edib.

“APA-Economics”in məlumatına əsasən, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə “WTI” markalı neftin bu ilin dekabr ayı üzrə ixrac qiyməti 0,28% ucuzlaşıb və bir barelinin dəyəri 60,88 ABŞ dollarına enib.